...

Qəbələdə yanğın qeydə alınıb

Hadisə Materials 23 Avqust 2016 01:57 (UTC +04:00)
Qəbələdə yanğın qeydə alınıb
Qəbələdə yanğın qeydə alınıb

Bakı. Trend: 

Qəbələnin Cığatelli kəndində vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və çardağına yığılmış 150 kq ot bağlaması yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti