...

Bakıda 5 otaqlı ev yandı

Hadisə Materials 17 Sentyabr 2016 09:45 (UTC +04:00)
Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Bakıda 5 otaqlı ev yandı

Bakı. Trend:

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 9 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti