Gömrükçülər xeyli sayda aksiz markası olmayan siqaret aşkar ediblər

Hadisə Xəbər 20 Sentyabr 2016 11:06 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan əldə edilməsi, idxal edilməsi və satış məqsədilə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məlumat əsasında, Biləsuvar şəhəri ərazisində “VAZ 2107” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı minik avtomobilinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif markalı cəmi 9600 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti