...

Bakı sakini avtomatla gəzirmiş

Hadisə Materials 1 Oktyabr 2016 13:08 (UTC +04:00)
Bakı sakinindən silah-sursat götürülüb.
Bakı sakini avtomatla gəzirmiş

Bakı. Trend:

Bakı sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.

Bundan başqa, Şəki şəhər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Vaqif Qarabəyovdan “TOZ-16”, Çingiz Umarovdan isə “İJ-28” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti