...

Şəkidə yanğın oldu

Hadisə Materials 9 Oktyabr 2016 03:26 (UTC +04:00)

Bakı. Trend:

Şəkidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Şəki rayonu, İnçə kəndində vətəndaşa məxsus həyatyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti