...

Qubada həmkəndlisini bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 18 Oktyabr 2016 15:20 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qubada həmkəndlisini bıçaqlayan şəxsə hökm oxundu

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Baxışov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Qubanın Rustov kəndində kənd sakini 21 yaşlı Kamran Baxışov 26 yaşlı Mikayıl Musayevi bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan M.Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb.

K.Baxışov Quba Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti