Bakı. Trend:
Nigeriyanın Uyo şəhərində içi insanlarla dolu kilsənin damı uçub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 60 nəfər həlak olub.
Xilasedicilər xəbərdarlıq edirlər ki, dağıntıların təmizlənməsindən sonra həlak olanların sayı arta bilər.