...

Saatlıda azyaşlı ehtiyatsızlıqdan özünü güllələdi

Hadisə Materials 28 Dekabr 2016 12:13 (UTC +04:00)
Saatlı rayonunda azyaşlı oğlan özünü güllələyib.
Saatlıda azyaşlı ehtiyatsızlıqdan özünü güllələdi

Bakı. Trend:

Saatlı rayonunda azyaşlı oğlan özünü güllələyib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti