...

Saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs aşkarlandı

Hadisə Materials 4 Yanvar 2017 14:19 (UTC +04:00)
Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs aşkarlanıb
Saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs aşkarlandı

Bakı. Trend:

Azərbaycanda saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Yardımlı rayon sakini Elşən Bünyadovun 2016-cı il noyabr ayının 14-də Rusiyada aldığı sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib və toplanmış material Binəqədi RPİ-yə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti