Bakı. Trend:
Kürdəmirdə yanğın faktı qeydə alınıb.
Trend FHN-in saytına istinadən məlumat verir ki, rayonun Atakişili kəndində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahə 18 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.