...

Paytaxtda çoxmərtəbəli binada yanğın olub

Hadisə Materials 4 Fevral 2017 22:30 (UTC +04:00)
Paytaxtda çoxmərtəbəli binada yanğın baş verib
Paytaxtda çoxmərtəbəli binada yanğın olub

Bakı. Trend:

Paytaxtda çoxmərtəbəli binada yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Babək prospekti, 1130-1133 cü məhəllə, 8-ci binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürmə maşını cəlb olunub.

Yuxarı mərtəbələrdəki mənzillərin sakinləri təxliyə olunub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu bina qaz və istilik təchizatı ilə təmin olunmayıb. Buna görə də yanğının həddindən artıq yüklənən elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı bildirilir.

Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti