...

Sumqayıtda ev yanıb, bir nəfər təxliyə edilib

Hadisə Materials 10 Fevral 2017 08:36 (UTC +04:00)
Sumqayıtda ev yanıb
Sumqayıtda ev yanıb, bir nəfər təxliyə edilib

Bakı. Trend:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə olunaraq aidiyyatı üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti