Yunanıstanda məktəbliləri aparan avtobus aşıb

Hadisə Xəbər 26 May 2017 17:42 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın şimalında məktəb avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, onlardan 14-ü şagird olub.

Məlumatda qeyd olunur ki, avtobus sürücüsü manevr etmək istəyərkən idarəetməni itirib və nəticədə avtobus aşıb.

Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti