...

Moskvada inzibati binada YANĞIN - 200 nəfər təxliyyə edildi

Hadisə Materials 1 İyun 2017 14:42 (UTC +04:00)
Moskvada inzibati binada yanğın baş verib.
Moskvada inzibati binada YANĞIN - 200 nəfər təxliyyə edildi

Bakı. Trend:

Moskvada inzibati binada yanğın baş verib. Trend-in məlumatına görə, Rusiya Fövqəladə Hallar Xidməti yanğınla əlaqədar 200 nəfərin təxliyyə edildiyi barədə məlumat yayıb.

Məlumata görə, yanğın inzibati binada ofislərin birində baş verib. Məlumatda qeyd olunub ki, insident nəticəsində ofisdə mebellər yanıb, xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti