Bakı. Trend:
Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər xilas edilib. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonu, Qobustan qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:30-da başa çatıb.