...

Lənkəranda 8 otaqlı ev yanıb

Hadisə Materials 14 İyul 2017 02:40 (UTC +04:00)

Bakı. Trend:

Lənkəran rayonu, Boladı kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti