...

Dərin çalaya düşən azyaşlı xilas edilib

Hadisə Materials 18 Sentyabr 2017 16:51 (UTC +04:00)

Bakı. Trend:

Nərimanov rayonunda azyaşlı dərinliyi 2 m olan çalaya düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti aparılan ərazidə 1 nəfər azyaşlı bünövrə çalasına düşərək köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. Uşaq dərinliyi təqribən 2 m olan çaladan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti