...

Meyvə yığan 65 yaşlı qadın ağacdan yıxıldı, komaya düşdü

Hadisə Materials 28 Sentyabr 2017 22:20 (UTC +04:00)
Tovuzda 65 yaşlı qadın ağacdan yıxılıb.
Meyvə yığan 65 yaşlı qadın ağacdan yıxıldı, komaya düşdü

Bakı. Samir Əli - Trend:

Tovuzda 65 yaşlı qadın ağacdan yıxılıb.

Trend-in məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində baş verib. Kənd sakini, 1952-ci il təvəllüdlü Kazımova Adilə Yunis qızı həyətlərində meyvə yığarkən ağacdan yıxılıb. Qadın ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdlrılıb.

Hazırda qadın komadan ayılsa da, vəziyyəti orta ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti