...

Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub

Hadisə Materials 20 Oktyabr 2017 14:26 (UTC +04:00)
Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub.
Avtomobildən, mağazadan oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Oktyabrın 18-də saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti