...

Seyfdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb - FOTO

Hadisə Materials 1 Noyabr 2017 15:45 (UTC +04:00)
Xaçmazda evdən qızıl oğurlayan şəxs tutulub.
Seyfdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb - FOTO

Bakı. Trend:

Xaçmazda evdən qızıl oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 27-də Xaçmaz RPŞ-nə rayon sakini şikayət ərizəsi ilə müraciət edərək, ona məxsus Xaçmaz rayon Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. O, öz ərizəsində qeyd edib ki, ona məlum olmayan tarixdə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığı sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri 30.000 (otuz min) manat olan qızıl-zinət əşyaları oğrulanıb.

Dərhal keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni həmkəndlisi olan Qafarzadə Seymur tərəfindən torədildiyi məlum olub, polis əməkdaşları tərəfindən tutularaq Rayon Polis Şöbəsinə gətirilib. O, hadisəni törətdiyi etiraf edib, oğurlanan qızıl-zinət əşyalar maddi sübut kimi ondan götürülüb.

Tutulan S.Qafarzadə əvvəllərdə iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti