...

SOCAR: 490 saylı quyuda baş verən qəzada ölən olmayıb

Hadisə Materials 3 Noyabr 2017 10:47 (UTC +04:00)
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş verən qəza nəticəsində ölən olmayıb.
SOCAR: 490 saylı quyuda baş verən qəzada ölən olmayıb

Bakı. Samir Əli - Trend:

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş verən qəza nəticəsində ölən olmayıb.

Bu barədə Trend-ə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin əməkdaşı İbrahim Əhmədov məlumat verib.

Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar qazmaçı köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilovdur.

Hər iki şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olduğundan evə buraxılıb, digər yaralının müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti