...

Qubada ikimərtəbəli ev yanıb

Hadisə Materials 11 Noyabr 2017 08:56 (UTC +04:00)
Qubada yanğın olub.
Qubada ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Qubada yanğın olub.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Aşağı Tüləkəran kəndində ümumi sahəsi 384 m² olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti