...

Sabirabadda ağır yol qəzası - yaralı var

Hadisə Materials 20 Noyabr 2017 09:33 (UTC +04:00)
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Sabirabadda ağır yol qəzası - yaralı var

Bakı. Trend:

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu ərazisində “Mercedes" markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri qəzada yaralanmış “Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti