...

Bakıda yük maşını avtobus ilə toqquşub, xəsarət alan var

Hadisə Materials 9 Dekabr 2017 02:06 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yol qəzası baş verib.

Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, toqquşma nəticəsində yük avtomobilində olan 1 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti