...

Duman Dubay hava limanının işini iflic etdi

Hadisə Materials 26 Dekabr 2017 15:07 (UTC +04:00)
Güclü duman Dubay hava limanında reyslərin gecikməsinə və ləğvinə səbəb olub.
Duman Dubay hava limanının işini iflic etdi

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində ötən həftənin cümə günündən müşahidə olunan güclü duman Dubay hava limanında reyslərin gecikməsinə və ləğvinə səbəb olub.

Trend-in məlumatına görə, bu gün səhər saatlarından bir çox aviareyslər, o cümlədən Avropa istiqamətində gecikib və ləğv edilib. Belə ki, günün birinci yarısı ərzində Dubayda 150 reys ləngiyib, 11-i təxirə salınıb.

Dumanlı hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti