...

Rusiyada ayaqqabı sexində yanğın: 10 ölü

Hadisə Materials 4 Yanvar 2018 12:36 (UTC +04:00)
Rusiyanın Novosibirsk vilayətində anbarda baş vermiş yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
Rusiyada ayaqqabı sexində yanğın: 10 ölü

Bakı. Trend:

Rusiyanın Novosibirsk vilayətində anbarda baş vermiş yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Trend-in məlumatına görə, vilayətin fövqəladə xidmətindən daha iki meyitin tapıldığı, bununla da həlak olanların sayının 10 nəfərə çatdığı bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İskitim rayonunda ayaqqabı istehsalı sexinin anbarında yanğın olub. Hazırda açıq alışma söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti