...

Qaban məktəbə hücum etdi, dərslər dayandı

Hadisə Materials 4 Yanvar 2018 17:51 (UTC +04:00)
İtaliyada Siciliya adasının Palermo şəhərində iri çöldonuzu məktəbin həyətinə daxil olub.
Qaban məktəbə hücum etdi, dərslər dayandı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyada Siciliya adasının Palermo şəhərində iri çöldonuzu məktəbin həyətinə daxil olub.

Trend-in məlumatına görə, qida axtarışında olan qabanı həyətdə gəzişdikdən sonra təqiblərdən gizlənmək üçün məktəb binasına daxil olub.

Burada heyvanı tutmağa çalışan mühafizəçilərdən biri ayağından xəsarət alıb. Hadisə ilə əlaqədar dərslərə fasilə verilib, şagirdlər və müəllimlər arasında panika yaranıb.

Qabanın tutulması üçün məktəbə polis və baytarlıq xidməti çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti