...

Gömrükdə 920 qutu pirotexniki vasitə müsadirə olunub

Hadisə Materials 8 Yanvar 2018 11:08 (UTC +04:00)
Gürcüstandan gətirilən pirotexniki vasitələr gömrükdə müsadirə olunub.
Gömrükdə 920 qutu pirotexniki vasitə müsadirə olunub

Bakı. Trend:

Gürcüstandan gətirilən pirotexniki vasitələr gömrükdə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə "Opel Omega" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb və həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən, üzərində "Cock Growing At Dawn" yazısı olan 920 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti