...

İstanbulda əməliyyat - Bu dəfə saxlanılan yarım ton narkotik vasitə oldu

Hadisə Materials 8 Yanvar 2018 12:52 (UTC +04:00)
İstanbulda polisi keçirdiyi əməliyyat nəticəsində 500 kiloqram narkotik vasitə müsadirə edilib
İstanbulda əməliyyat - Bu dəfə saxlanılan yarım ton narkotik vasitə oldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi daha bir uğurlu əməliyyat keçirib. Trend-in məlumatına görə, bu dəfə keçirilən əməliyyat narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı olub.

Əməliyyat nəticəsində 500 kiloqram narkotik vasitənin müsadirə edildiyi bildirilib. Məlumata görə, əməliyyat zamanı həmçinin 3 narkotik alverçisi saxlanılıb, onların kimliyi açıqlanmayıb.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, statistikaya əsasən, Türkiyədə əhalinin 8 faizə yaxını narkomaniyadan əziyyət çəkir

Xəbər lenti

Xəbər lenti