...

Fransada 7 nəfər "Eleanor"un qurbanı oldu

Hadisə Materials 10 Yanvar 2018 20:15 (UTC +04:00)
Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb.
Fransada 7 nəfər "Eleanor"un qurbanı oldu

Bakı. Trend:

Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Yuxarı Marna rayonu Departamentinin rəsmi "Twitter" səhifəsində qasırğanın yeddinci qurbanının meyitinin Ruvr-Syur-Ob yaşayış məntəqəsində tapıldığı bildirilir.

Qeyd edək ki, artıq bir neçə gündür Fransa ərazisində davam edən qasırğa güclü yağışlarla müşayiət olunur. Leysan yağışları nəticəsində son günlər Sena çayında suyun səviyyəsi 3 metr artıb ki, bununla əlaqədar Parisdə daşqınlar olması barədə xəbərdarlıq edilib.

"Eleanor" qasırğasının Fransaya vurduğu ziyan 200 milyon avro dəyərində hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti