...

Zakir Qaralov yol qəzasında ölən azərbaycanlı jurnalistlə bağlı rusiyalı həmkarına müraciət edib

Hadisə Materials 26 Yanvar 2018 15:54 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Zakir Qaralov yol qəzasında ölən azərbaycanlı jurnalistlə bağlı rusiyalı həmkarına müraciət edib

Bakı. Trend:

Baş prokuror Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Baş prokuroru Yuriy Çaykaya müraciət edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiyanın Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.

Eyni zamanda, həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti