...

Paytaxt sakinini döyərək qarət edənlər yaxalanıb

Hadisə Materials 29 Yanvar 2018 14:04 (UTC +04:00)
Yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib.
Paytaxt sakinini döyərək qarət edənlər yaxalanıb

Bakı. Trend:

Yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa vaxtda müəyyən ediliblər. Paytaxt sakinləri Əhliman Abbasov və Samir Əzimov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Binəqədi Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti