...

Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Hadisə Materials 1 Fevral 2018 08:57 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 131 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb
Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 131 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.

Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti