...

İsmayıllı, Ağcabədi və Bakıda yanğınlar olub

Hadisə Materials 4 Fevral 2018 10:27 (UTC +04:00)
İsmayıllı, Ağcabədi və Bakıda yanğın hadisələri qeydə alınıb
İsmayıllı, Ağcabədi və Bakıda yanğınlar olub

Bakı. Trend:

İsmayıllı, Ağcabədi və Bakıda yanğın hadisələri qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Talıstan kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunda ümumi sahəsi 50 m2 olan tövlənin yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 720 m2 olan quşçuluq sexinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti