...

Yaponiyada güclü qar 7 nəfəri öldürdü

Hadisə Materials 12 Fevral 2018 10:36 (UTC +04:00)
Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində 7 nəfər həlak olub.
Yaponiyada güclü qar 7 nəfəri öldürdü

Bakı. Trend:

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, təqribən 70 nəfər müxtəlif dərəcəli zədə alıb.

Fukui prefekturasında yağan qarın hündürlüyünün 2 metrə çatdığı qeyd olunub.

Məlumata görə, güclü qar səbəbindən ölkədə onlarla aviareys təxirə salınıb, bir çox istiqamətlərdə qatarların hərəkəti dayanıb, məktəblər bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti