...

Qubada 8 otaqlı evdə yanğın olub

Hadisə Materials 16 Fevral 2018 22:46 (UTC +04:00)
Qubada yanğın qeydə alınıb
Qubada 8 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Qubada yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonunun Rustov kəndində ümumi sahəsi 216 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, ikinci mərtəbədə 2 otağın, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 72 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti