...

Ankarada təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏB ABŞ

Hadisə Materials 5 Mart 2018 11:16 (UTC +04:00)
Ankara polisi paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib.
Ankarada təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏB ABŞ

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankara polisi paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend-in məlumatına görə, paytaxt rəhbərliyi belə bir qərarı ABŞ-ın təhlükəsizlik baxımından martın 5-də Türkiyədəki səfirliyinin işini dayandırması ilə bağlı bəyanatından sonra qəbul edib.

Məlumata görə, Amerika vətəndaşlarının yaşadığı yerlərdə təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilib.

Qeyd edək ki, ötən gün ABŞ səfirliyi ölkədə olan vətəndaşlarına müraciət edərək martın 5-də səfirliyin paytaxtda fəaliyyətini dayandıracağı barədə məlumat yayıb.

Səfirliyin işini yenidən nə vaxt bərpa edəcəyi barədə isə hələki məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti