...

Rusiyada prezidentliyə namizədin olduğu təyyarədə hermetiklik pozuldu

Hadisə Materials 7 Mart 2018 17:54 (UTC +04:00)
Rusiya prezidentliyinə namizədlərdən biri Qriqori Yavlinskinin olduğu təyyarədə hermetiklik pozulub
Rusiyada prezidentliyə namizədin olduğu təyyarədə hermetiklik pozuldu

Bakı. Trend:

Rusiya prezidentliyinə namizədlərdən biri Qriqori Yavlinskinin olduğu təyyarədə hermetiklik pozulub.

Trend-in məlumatına görə, hadisə enişə 40 dəqiqəyə yaxın müddət qaldıqda baş verib.

Təyyarənin pilotu kəskin eniş etmək qərarını qəbul edib. Bununla əlaqədar sərnişinlərin təzyiqi aşağı düşüb və baş ağrısı qeydə alınıb. Q.Yavlinskinin qulaqlarının müvəqqəti tutulduğu bildirilir.

Qeyd olunur ki, təyyarə Qroznıdan Moskvaya qayıdırmış. İnsident Q.Yavlinskinin seçkiqabağı kampaniyasına təir etməyib.

Hazırda təyyarədə hermetikliyin pozulmasının səbəbləri araşdırılır.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti