...

Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 14 Mart 2018 18:28 (UTC +04:00)
Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli ŞPŞ-yə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxana kimi istifadə olunan obyektdən televizorun oğurlandığı barədə məlumat verib.

Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq şöbəyə gətirilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər.

Ətraflarında aparılan araşdırmaların davamı olaraq həmin şəxslərin etdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, Mingəçevir şəhər sakinininə məxsus mənzildən 8 min manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən edilib.

Saxlanılan şəxslərdən Arzuman Rəhimovun Mingəçevir şəhər sakininə məxsus yaşayış evindən 1000 manat dəyərində televizor oğurladığı da aşkar edilib.

Ümumilikdə oğurlanan avadanlıqların az bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti