...

Paytaxtın Xəzər rayonunda "Hyundai" yanıb

Hadisə Materials 19 Mart 2018 08:37 (UTC +04:00)

Bakı. Trend:

Bakıda minik avtomobili yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xəzər rayonunda avtoyuma məntəqəsində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan məntəqənin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti