Bakı. Trend:
Myanmadan olan 20 mühacir fəhlə ikimərtəbəli, 50 yerlik avtobusda baş vermiş yanğın nəticəsində həlak olub.
Trend-in məlumatına görə, hadisə Tak vilayətində baş verib. Avtobus Myanma sərhədlərindən Tailanda işləmək üçün qanunsuz yolla gedən mühacirləri aparırmış.
Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
20 nəfərin nəqliyyat vasitəsinin arxa tərəfində olduğu və bayıra çıxa bilmədiyi üçün yanaraq öldüyü bildirilir.