...

Göygöl rayonunda 3 ədəd PQ-7L raketi tapılıb (FOTO)

Hadisə Materials 2 Aprel 2018 17:54 (UTC +04:00)
Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd PQ-7L raketi aşkar olunub.
Göygöl rayonunda 3 ədəd PQ-7L raketi tapılıb (FOTO)

Bakı. Trend:

Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd PQ-7L raketi aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş raketlərin ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti