Bakı. Trend:
Oğurluq etdiyinə görə tutulmuş Rəşad Həsənovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
DİN-dən Trend-ə verilən məlumata görə, Rəşad Həsənovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 2-dən fevralın 2-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən, habelə 2 evdən pul, sənəd, qızıl, geyim və məişət əşyaları oğurlaması da məlum olub.