...

Xətaidə ev yanıb, 3 nəfər təxliyə olunub

Hadisə Materials 14 Aprel 2018 18:21 (UTC +04:00)
Bakı şəhərində yanğın olub.
Xətaidə ev yanıb, 3 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakı şəhərində yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları, ev əşyaları 12 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavanı 14 m² sahədə əriyib. Yanğın zamanı yuxarı mərtəbədən ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunublar.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti