...

Masallı sakini saxta pulla saxlanılıb

Hadisə Materials 2 May 2018 19:20 (UTC +04:00)
Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib.
Masallı sakini saxta pulla saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib. Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti