...

Rusiya və Ukrayna turistləri Türkiyədə qəzada xəsarət alıblar

Hadisə Materials 6 May 2018 18:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Denizli vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 17 nərər xəsarət alıb. Avtobusun rusiyalı və ukraynalı turistləri Antalyadan Pamukkaleyə apardığı qeyd olunur. Qəza sürücünün idarəetməni itirməyi nəticəsində baş verib, nəticədə avtobus aşıb.

Hadisə yerinə təcili yardım maşınları gəlib. Yaralananlara hadisə yerində baxış keçirilib, daha sonra onlar xəstəxanalara çatdırılıb. Onların vəziyyəti yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti