...

Ağdaşda evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 7 May 2018 19:28 (UTC +04:00)
Ağdaşda evdən oğurluq edən Kürdəmir sakini saxlanılıb.
Ağdaşda evdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Ağdaşda evdən oğurluq edən Kürdəmir sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, aprelin 25-də Ağdaş rayonu Ləki qəsəbə sakini Nuru Sadıqov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 1000 manat, 5500 rus rublu , həmçinin 300 manat dəyərində qızıl üzüyün oğurlandığını bildirib.

daxil olmuş müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Nəsirov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti