...

Kolumbiyada subasma təhlükəsi: 25 min nəfər təxliyə olundu

Hadisə Materials 22 May 2018 10:10 (UTC +04:00)
SES-in tunellərindən birinin tıxanması ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan olunub.
Kolumbiyada subasma təhlükəsi: 25 min nəfər təxliyə olundu

Bakı. Trend:

Kolumbiyada tikilməkdə olan "İtuanqo" su elektrik stansiyasını (SES) qidalandıracaq Kauka çayında suyun səviyyəsinin artması nəticəsində subasma riski yaranıb.

Trend-in məlumatına görə, bu səbəbdən 25 mindən çox şəxs təxliyə olunub.

Bazar ertəsi səhər saatlarında SES-in tunellərindən birinin tıxanması ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan olunub.

Təxliyə edilən 25 234 nəfər 14 müvəqqəti sığınacağa yerləşdirilib.

Bundan əvvəl, mayda Kauka çayının məcrasından çıxması nəticəsində ən azı 600 nəfər təxliyə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti