...

Bakıda avtobusda sərnişinin telefonunu oğurlayan şəxs tutuldu

Hadisə Materials 23 May 2018 14:24 (UTC +04:00)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.
Bakıda avtobusda sərnişinin telefonunu oğurlayan şəxs tutuldu

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 22-də saat 16 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində xidmətdə olan 19-cu Polis Şöbəsinin əməkdaşları “Daewoo” markalı sərnişin avtobusunda sərnişinlərin birinin cibindən mobil telefonunu oğurlayıb dayanacaqda düşərək aradan çıxmaq istəyən şəxsi “isti izlər”lə yaxalayıblar.

Polis Şöbəsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məmmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı sərnişin - Salyan rayon sakini F.Süleymanova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti