...

Bakıda mənzildə qadın meyiti tapılıb

Hadisə Materials 25 İyun 2018 15:39 (UTC +04:00)
Əhmədvəliyeva Roza Nurislamovnanın meyiti aidiyyəti üzrə təhvil verilib.
Bakıda mənzildə qadın meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildə 74 yaşlı qadın meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti